Azərbaycan və Moldova arasında Kişinyovda keçiriləcək yoxlama görüşünə azarkeşlər buraxıla bilər.
Newsport.az-ın məlumatına görə, Kişinyov bələdiyyəsinin Fövqəladə Xalq Sağlamlığı Komissiyası idman tədbirlərində tribunaların tutumunun 50 faizinin azarkeşlərlə doldurmağa icazə verib.
Beləliklə, Moldova kubokunun finalı, eləcə də Moldova - Azərbaycan matçı azarkeşlərlə oynanıla bilər.
Qeyd edək ki, Moldova - Azərbaycan oyunu iyunun 6-da "Zimbru" stadionunda keçiriləcək.