“Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Qara Qarayev anlamlı jesti ilə diqqət çəkib.
Newsport.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçisi cari mövsüm başa çatdıqdan sonra Vətən müharibəsində şəhid olan klub azarkeşi, əsgər Məhəmmədəli İbrahimlinin məzarını ziyarət edib.
Futbolçu başa çatan mövsümdə qazandığı gümüş medalı şəhidimizə həsr edərək, onu M.İbrahimlinin məzarından asıb.
Qara Qarayev eyni zamanda Vətən müharibəsində şəhid olan, xüsusi təyinatlı kəşfiyyat qrupunda baş kəşfiyyatçı kimi xidmət etmiş, vaxtilə futbolla da məşğul olmuş İsrail Cəfərzadənin də məzarını ziyarət edib.
“Qafqazinfo”