Stankoviç qalır, Honda gedir

Premyer Liqanın son çempionu "Neftçi" müqaviləsi başa çatan futbolçularla danışıqları tamamlamaq üzrədir.

Newsport.az-ın məlumatına görə, serbiyalı futbolçu Voislav Stankoviç "ağ-qaralar"da qalmağa razılaşıb. 33 yaşlı müdafiəçi ilə 1 illik razılıq əldə olunub.

Qış fasiləsində komandaya keçən Keysuke Hondanın müqaviləsi isə uzadılmayacaq.

34 yaşlı yaponiyalı futbolçu paytaxt təmsilçisində keçirdiyi 8 oyunda 2 qol vurub. Stankoviç isə bu mövsüm Premyer Liqada 27 oyunda 3 qolla yadda qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right