Ukraynanın "Minay" klubunun daha bir futbolçusu - Rüstəm Əhmədzadə Azərbaycan millisinə çağırılıb.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Anatoli Nuriyev və Rüstəm Əhmədzadənin yığmamıza dəvət olunduğu bildirilib.
Bu futbolçular millimizin qarşıdan gələn təlim-məşq toplanışında iştirak edəcəklər. Millimizin hazırlığı mayın 22-dən başlayacaq.
Qeyd edək ki, Rüstəm Əhmədzadə millimizə ilk dəfə dəvət edilir. Anatoli Nuriyev artıq yığmada 3 oyun keçirib.