Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə çempionu və kubokun sahibi "Beşiktaş"ı qəbul edib.
Newsport.az-ın məlumatına görə, Prezident Adminstrasiyasında təşkil olunmuş görüşə klub rəhbərliyi, texniki heyət və futbolçular qatılıblar.
Qəbulda "Beşiktaş"ın prezidenti Ahmet Nur Çebi Ərdoğana imzalı forma hədiyyə edib.
"Beşiktaş" çempionatın sonunda "Qalatasaray" qədər - 84 xal toplasa da, top fərqinə görə çempion olub. Türkiyə Kubokunun finalında isə "qara qartallar" "Alanyaspor"u məğlubiyyətə uğradıb - 2:0.