"Neftçi"də qazandığım uğura görə Allaha borcluyam" "Neftçi"nin legioneri

"Qazandığım uğura görə Allaha borcluyam. Bu yol qələbə ilə başa çatdı, amma asan deyildi".

Newsport.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin braziliyal; futbolçusu Tallison Dias şəxsi instaqram hesabından yazıb.

30 yaşlı müdafiəçi bəzən çempion olacaqlarına tərəddüd etdiyini bildirib: "Müəyyən vaxtlarda bunun mümkünsüz olacağını düşünürdüm. Ancaq məğlubiyyət olanda Tanrının məni davam etməyə cəsarətləndirdiyini hiss etdim".

Braziliyalı oyunçu çempionluq əldə etdikləri üçün çox xoşbəxt olduğunu bildirib. "İnandığımız şeylər üçün mübarizə aparmağa və taleyimizi Allaha etibar etməyə həqiqətən dəyər".

"Neftçi" Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edərək çempion olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right