“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov daha bir təqdirəlayiq addım atıb.
Newsport.az-ın məlumatına görə, o, ötən gün “Neftçi”yə uduzaraq çempionluğu əldən verdikləri matçdan (0:1) sonra keçirilən mətbuat konfransında Vətən müharibəsinin iştirakçısı, idman jurnalisti olan qazi Daşqın Əzizə yaxınlaşıb.
O, müxbirin müharibədə döyüşməsini xatırladaraq deyib: “Qardaş, biz sizinlə fəxr edirik. Düşünmə ki, Qurban sizlərin əziyyətinizi unudar. Mən Qurbanın etdikləri sizin etdiklərinizin yanında heç nədir. Biz sizlərin sayəsində bu gün burda rahat yaşayırıq. Hər zaman qulluğundayam".
Qeyd edək ki, Daşqın Əziz Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb.