544 gündən sonra

“Qarabağ” Premyer Liqanın 2020/2021 mövsümündə ilk səfər məğlubiyyətini alıb.

Newsport.az-ın məlumatına görə, bu, çempionatın sonuncu – 28-ci turuna təsadüf edib. “Neftçi” ilə qarşılaşmada 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi cari mövsüm rəqib meydanında uduzmamışdı. Qurban Qurbanovun futbolçuları sonuncu dəfə 2019-cu il noyabrın 22-də “Sumqayıt”la səfər matçında məğlubiyyətlə üzləşib. 544 gün öncə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Son 17 səfər görüşündə uduzmayan “Qarabağ” bu müddətdə 9 qələbə qazanıb və 8 heç-heçə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right