Namik Ələskərov Premyer Liqada 2020/2021 mövsümünün bombardiri olub.
Newsport.az-ın məlumatına görə, bu uğura “Neftçi”nin heyətində nail olan 8-ci futbolçudur. Ona qədər Samir Ələkbərov, Nazim Əliyev, Qurban Qurbanov, Bahodir Nasimov, Nikolas Kanales, Stiven Monroz və Baqali Dabo belə uğur əldə edib.
19 qol vuran Namik son 8 mövsümün ən məhsuldar bombardiridir. Sonuncu dəfə belə yüksək məhsuldarlığa 2013/14 mövsümündə rast gəlinib, Reynaldo 22 dəfə fərqlənib.