"Qarabağ"ın Ağdamdakı stadionunu ziyarət etdim. Mən hazırda "İmarət" stadionundayam".
Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi özünün "İnstaqram" hesabında yazıb.
65 yaşlı mütəxəssis Ağdamda yalnız məlum səbəblərə görə xarabalıqlar görə bildiyini vurğulayıb: "Ancaq ümid edirəm ki, "Qarabağ" burada yenidən qurulan və yenilənmiş stadionda oynaya biləcək".
Qeyd edək ki, de Byazi Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ" klubunun sabiq baş məşqçisi və futbolçusu Allahverdi Bağırovun da məzarını ziyarət edib.