"Maraqlı oyun keçdi. Bəlkə də mövsüm ərzində ən yaxşı görüşlərimizdən birini keçirdim. Hesab 0:0 olarkən yüz faizlik imkandan yararlana bilmədik.
Səfərdə üstün iyun sərgiləyə bildik. İlk yarıda rəqibin yeganə zərbəsi qolla nəticələndi. İkinci hissədə bərabərlik qolunu vursaq da, əks-hücumda qol buraxdıq".
Newsport.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXVIII tur matçından sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, göstərdikləri nəticə pis deyil: "Komandama, rəhbərliyə təşəkkürümü bildirirəm".
Sadıqovun sözlərinə görə, mövsüm ərzində çoxlu qırılma nöqtələri olub: "Hər şey xeyrimizə bitə bilərdi. İndi bu barədə çox danışmaq istəmirəm. Yəqin ki, gələcəkdə danışmağa vaxtımız olacaq".