"Məndən tez-tez soruşanlar üçün: Mahirdə ciddi bir şey yoxdur"

"Qarabağ"dan Polşa "Legiya"sına keçəcək Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin "Neftçi" ilə Premyer Liqanın XXVIII tur oyununda aldığı zədə ciddi deyil.

Newsport.az-ın məlumatına görə, bu barədə 24 yaşlı hücumçunun keçmiş komanda yoldaşı, hazırda Polşada - "Visla"da (Plotsk) çıxış edən Yakub Jezniçak açıqlama verib.

"Məndən tez-tez soruşan "Legiya" fanatları üçün: Mahir yüngül zədələnib, ciddi bir şey yoxdur" deyə o vurğulayıb.

Jezniçak Emrelinin güclü oyunçu olduğunu və "Legiya"ya uyğun gəldiyini əlavə edib: "Özüm "Qarabağ"da oynadığım vaxt biz dost idik və hələ də ideal münasibətlərimiz var".

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları qarşılaşmanın ardından mətbuat konfransında Mahir Emrelinin klubdan ayrılacağını açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right