"Çempionatımızda böyük rəqabət var" - Elxan Məmmədov

"Bu gün Premyer Liqada çox maraqlı mövsümə yekun vurulacaq. Sözün əsl mənasında – çox maraqlı! Aylar öncə qeyd etmişdik: çempionatımızda böyük rəqabət var və budur, son tur ərəfəsindəyik – hələ çempion bəlli deyil".

Newsport.az-ın məlumatına görə, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun rəsmi "Feysbuk" səhifəsinə açıqlamasında Azərbaycan Premyer Liqasının son turu barədə fikirlərini bölüşərkən deyib.

E.Məmmədov bildirib ki, nəinki 3-cü və 4-cü pillənin sahibi müəyyənləşməyib, hətta 5, 6, 7 və 8-ci yeri hansı komandanın tutacağı da bilinmir: "Pandemiya dövründə futbol yarışlarının keçirilməsinə icazə verən Nazirlər Kabineti yanında Operativ Qərargaha və COVID-19-la bağlı AFFA-nın müvafiq prosedurlarına riayət edən bütün aidiyyəti üzrə şəxslərə təşəkkür edir, koronavirusla əlaqədar heç da asan olmayan dövrdə mövsümü başa vuran komandalarımızı təbrik edirik!".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right