"Neftçi" Azərbaycan çempionu oldu Yenilənib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulur. 
 
Newsport.az xəbər verir ki, sonuncu – 28-ci turun bütün görüşləri eyni gündə keçiriləcək.
 
Üçüncü pillədə qərarlaşmış “Zirə” səfərdə “Sabah”la üz-üzə gələcək. “Zirə” qələbə qazanmaqla bürünc medalların sahibinə çevriləcək. Lakin “Zirə” qələbə qazana bilməsə belə, “Sumqayıt”ın “Səbail”lə oyunda xal itirməsi qəsəbə təmsilçisinin üçüncü olması üçün kifayət edəcək. “Sumqayıt”la “Zirə”dən fərqli, “Sabah”la “Səbail”in mükafatçılar sırasında yer almaq və ya avrokuboklara vəsiqə qazanmaq şansı qalmayıb. Bu iki komandanın mövsümü maksimum 5-ci yerdə bitirməsi mümkündür. Məhz bu pilləni tutmağı hədəfləyən daha bir komanda – “Qəbələ” isə səfərdə sonuncu yerdə gedən “Keşlə” ilə qarşılaşacaq.
 
Turun, eləcə də mövsümün qapanış matçı isə lider “Qarabağ”la əzəli rəqibi və əsas izləyicisi “Neftçi” arasında baş tutacaq. Mövsümün çempionunu müəyyənləşdirəcək Azərbaycan derbisində ağdamlılara heç-heçə də bəs edəcək. Paytaxt təmsilçisi isə çempion olmaq üçün “Qarabağ”ı mütləq məğlub yola salmalıdır.
 
Azərbaycan Premyer Liqası
 
28-ci tur
 

19 may (çərşənbə)

 

20:30.“Neftçi” – “Qarabağ” - 1:0 

Qol: Ahmed Ahmedov, 90
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev)
“Dalğa Arena”

 

 

18:00.“Səbail” – “Sumqayıt” - 0:1
Qol:
Murad Xaçayev, 43
Qırmızı vərəqə: Adil Nağıyev, 90+3-iki sarı vərəqə ("Səbail")
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
“ASCO Arena”

18:00.“Sabah” –“ Zirə” - 2:1
Qollar:
Ramil Şeydayev, 21 (1:0), Qismət Alıyev, 72 pen. (1:1), Xulio Sezar Rodriqes, 89 (2:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“Bank Respublika Arena”

18:00.“Keşlə” – “Qəbələ” - 3:1
Qol:
Şəhriyar Əliyev, 15 (1:0), Silvio Rodriqes, 16 (2:0), Ceyms Adeniyi, 26 (2:1), Vüsal İsgəndərli, 90+6 (3:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev
“ASK Arena"

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right