Azərbaycan Premyer Liqası: 9 mövsümlük ənənə qırıldı

Azərbaycan Premyer Liqasında qızıl medalların sahibinə son tur aydınlıq gətirəcək.

Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki. bununla da çempionun vaxtından əvvəl təmin olunması seriyası başa çatıb.

Sonadək oynanılan son 9 çempionatın qalibi öncədən müəyyənləşib.

3 dəfə “Neftçi”, 6 dəfə “Qarabağ”ın qızıl medallar qazandığı mövsümlərdə son tur çempionluq baxımından əhəmiyyət daşımayıb. Yarımçıq dayandırılan ötən mövsümün mükafatları ilə bağlı qərarı isə İcraiyyə Komitəsi verib.

Çempionun son turda müəyyənləşdiyi son yarış isə 2009/10 mövsümü olub. 11 il öncə “İnter” (indiki “Keşlə”) qızıl medalları son turda əldə edib.

Çempionun təmin olunduğu son 9 mövsüm:





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right