"Azərbaycan bizim üçün önəmli ölkədir" Şenol Günəş

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş komandasının Avro-2020 qrup mərhələsinin oyunlarını keçirəcəyi Azərbaycanla münasibətlərdən danışıb.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis deyib ki, Azərbaycan onlar üçün önəmli ölkədir: "Ora öz meydanımız, oradakı insanlara isə öz  vətəndaşlarımız kimi baxırıq. Təlim-məşq toplanışına görə düşərgə seçmək üçün Bakıda olanda bu mühiti hiss etdim. "Neftçi"nin məşq bazasına baxdım və orada da yaxşı atmosfer hiss etdim. İki ölkə arasında gözəl əlaqələr mövcuddur. Qarabağ məsələsinə görə münasibətlər səviyyəsi yeni bir mərhələyə qədəm qoydu. Meydanda bizi dəstəkləyənlərə yaxşı oyun və nəticə göstərmək istəyirik".

Qeyd edək ki, ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək Türkiyə yığması iyunun 16-da Uels, 20-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right