"Neftçi" - "Qarabağ" oyununa azarkeşlər buraxılsın! fanatlar kampaniya başlatdı

Azərbaycan Premyer Liqasında çempionun kimliyinə son turda aydınlıq gələcək. Bu gün keçirilən XXVII tur oyunlarından sonra iddialılar - "Qarabağ" və "Neftçi"ni xal ayırır: Ağdam klubunun 57, paytaxt təmsilçisinin isə 56 xalı var. Son turda isə bu komandalar "Neftçi"nin meydanında üz-üzə gələcək.

Hər iki komandanın azarkeş qrupları sosial şəbəkələrdə həlledici matça izləyicilərin buraxılması ilə bağlı kampaniya başladıb. "Forza Neftçi", "İmarət", "Qarabağ" Ordu" kimi azarkeş qruplarının başlatdığı kampaniyaya fərdi şəkildə azarkeşlər və digər futbol səhifələri qoşulub. Onlar AFFA və PFL-dən "Neftçi" - "Qarabağ" oyununa azarkeşlərin buraxılması ilə bağlı əlindən gələni əsirgəməməyi, bununla əlaqədar müvafiq qurumlara müraciət etmələrini xahiş edir.

Hələlik sözügedən qurumlardan hər hansı reaksiya yoxdu. Buna qədər "Sumqayıt"la "Keşlə" arasında Azərbaycan Kubokunun final oyununa azarkeşlərin buraxılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edildiyi məlumdu.

Mayın 19-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" oyununun başlama saatı açıqlanmayıb.





 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right