Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, turun bütün qarşılaşmaları eyni gündə keçirilib. Açılış matçında “Qəbələ” doğma meydanda “Sabah”ı qəbul edib. Dörd qolluq bu oyunda qalib müəyyənləşməyib.
Lider “Qarabağ” bu turda “Keşlə”ni sınağa çəkib və inamlı qələbəyə sevinib. Turnir cədvəlinin 2-ci sırasında yer alan “Neftçi” isə çətin “Sumqayıt” səfərində minimal hesabla üstün olub. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə”nin bu turdakı rəqibi “Səbail” olub. Meydan sahibləri bu oyundan qələbə ilə ayrılıblar.
14 may (cümə)
19:00.“Qarabağ” – “Keşlə” - 2:0
Qollar: Mahir Emreli, 47, Ovusu Kvabena, 74
Reallaşdırılmayan penalti: Mahir Emreli "Qarabağ", 80 - qapıçı penaltini dəf edib
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
“Azersun Arena”
19:00.“Sumqayıt” – “Neftçi” - 0:1
Qol: Voyislav Stankoviç, 45+1
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
"Kapital Bank Arena”
19:00.“Zirə” – “Səbail” - 2:0
Qollar: Ağabala Ramazanov, 58, Nemanya Andelkoviç, 64
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Nahid Əliyev, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu
17:00.“Qəbələ” –“Sabah” - 2:2
Qol: Xulio Sezar Rodriqes, 28 (0:1), Slavik Alxasov, 59 (0:2), Nikolas Raysel, 63 (1:2), Stefan Vukçeviç, 65 (2:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu
Bombardirlər:
Namik Ələskərov ("Neftçi") - 19 qol
Mahir Emreli ("Qarabağ") - 18 qol
Filip Ozobiç ("Qarabağ") - 11 qol
Əli Qurbani ("Sumqayıt") - 9 qol
Davit Volkov ("Zirə") - 8 qol
Rəhim Sadıxov ("Sumqayıt") - 8 qol
Abdullah Zubir ("Qarabağ") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 6 qol
Mirabdulla Abbasov ("Neftçi") - 6 qol
Amil Yunanov ("Səbail") - 6 qol