Vüqar Bəybalayev oynadı, komandası böyük hesabla uduzdu

Futbol üzrə Gürcüstan çempionatında 13-cü turun oyunları keçirilir.
 
Newsport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Kutaisi “Torpedo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.
 
Vüqar da bu görüşün iştirakçısı olub. 27 yaşlı futbolçu start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, “Telavi” cari mövsümdə keçirdiyi 13 oyunda cəmi 8 xal toplayıb və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right