"Bizim lehimizə belə qərar verilmir" - Elmar Baxşıyev

Azərbaycan Premyer Liqasının XXVI turunun “Zirə” – “Qəbələ” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında fikirlərini bildirib. 41 yaşlı mütəxəssis matç barədə bunları deyib:

“Futbolçular qarşısına qoyulan tapşırığı meydanda yerinə yetirdi. Avrokuboklara düşmək şansımız itsə də, komanda bunun öhdəsindən maksimum gəlməyə çalışdı. Hücumda oynamağı fikirləşirdik və çoxsaylı epizodlar yaratdıq, amma dəyərləndirməkdə çətinlik çəkdik. Bunu da şansla əlaqələndirirəm. Komandanın göstərdiyi futboldan məmnunam. Bu heyəti mən formalaşdırmışam, oynadığı üslubu komandaya aşılamışıq. Bunu meydanda görmək xoşdu. Nəticə baxımından isə hər iki komanda qələbəyə layiq idi. “Zirə” də yaxşı, dinamik futbol oynadı. Mövsümdə iki oyunumuz qalıb. Həmin matçlara konsentrasiya olub, çempionatı layiqli başa vurmağı planlaşdırırıq. Bu gün 7-8 epizod oldu ki, dəyərləndirə bilərdik. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Amma iradım yoxdu. Əsas komandanın göstərdiyi oyundu. Tələb etdiyimiz futbolu görmək xoşdu.

Hakim üç dəqiqə əlavə etdikdə daha çox artırılmasının mümkünlüyü barədə soruşdum. Elə epizodlar var ki, başqa komandalar üçün penalti ilə dəyərləndirilir. Bizim lehimizə isə belə qərar verilmir. Ümidimizi itirmirik, ola bilər ki, biz də penalti vuraq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right