“Biz enerji içkilərinin əleyhinəyik” “Xocalı” FK-nın prezidenti

Xocalı Futbol Klubunun prezidenti və təsisçisi İlkin Hacıyev uşaqlara energetik içkilərin verilməsi ilə bağlı danışıb.  
 
O, Newsport.az-a açıqlamasında bunları deyib:
 
 “Məqsədimiz həmişə uşaq futboluna dəstək olmaq, Xocalı adını zirvələrə daşımaq olub. Yarandığı gündən uşaqlar üçün də əlimizdən gələnin ən yaxşısını etməyə çalışmışıq. Energetik içki şirkətlərinin heç biri ilə əlaqəmiz yoxdur, onlarla əməkdaşlıq etməmişik. Həmin foto şəhidlərin xatirəsinə keçirilən turnirdən sonra çəkilib. Valideynlər o içkiləri alıblar və uşaqlara veriblər. Feysbuk səhifəmizi idarə edənlər bu fotonu sosial şəbəkə hesabımızda paylaşıblar. Az öncə məsələdən xəbər tutmuşam və məsələ ilə maraqlanmışam. Dediyim kimi biz futbolçulara bu içkiləri qadağan etmişik və belə içkilərin əleyhinəyik”
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right