"CBC Sport" Azərbaycan çempionatını La Liqadan üstün tutdu

"CBC Sport" İspaniya La Liqasında XXXV turun mayın 8-də keçiriləcək "Barselona" - "Atletiko" oyununun telekanalın efirində yayımlanmaması ilə bağlı açıqlama yayıb.

Newsport.az məlumatına görə, telekanal rəsmi feysbuk səhifəsində həmin matçın Azərbaycan Premyer Liqasında XXVI turun "Zirə" - "Qəbələ" görüşü ilə üs-üstə düşdüyünü yazıb.

Bildirilib ki, tamaşaçıların çoxsaylı istəkləri nəzərə alınaraq, La Liqa qarşılaşması cbcsport.tv saytı vasitəsilə canlı təqdim olunacaq: "Telekanal yarandığı gündən Azərbaycan çempionatını prioritet saydığından, “Zirə” - “Qəbələ” oyunu telekanal vasitəsilə canlı yayımlanacaq".

Qeyd edək ki, "Zirə" - "Qəbələ" oyunu saat 18:00-da, "Barselona" - "Atletiko" matçı iə saat 18:15-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right