Ramin Quliyev: “İtkilərimiz olsa da, uğurlu nəticə qazana bildik”

“Sabah”ın baş məşqçisi Ramin Quliyev Premyer Liqanın 25-ci turunda “Sumqayıt”a qalib gəldikləri oyundan sonra mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, o, öncə qələbəni şərh edib:

- Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibi yaxşı təhlil etmişdik. Baxmayaraq ki, itkilərimiz var idi, aparıcı futbolçularımız yox idi. Amma bu oyunda meydana çıxmağa da kifayət qədər hazır futbolçumuz var idi. Futbolçularımı təbrik edirəm. 7-8 aparıcı futbolçumuzun yoxluğunda uğurlu nəticə qazana bildik.

- Bəxtiyar Həsənalızadə və Ruslan Abışov tandemi özünü doğrultdu?
- Bizdə zəif çıxış edən futbolçu yoxdur. Bu gün istənilən oyunçu özünü yaxşı tərəfdən göstərdi.

- Bəxtiyarın durumu necədir?
- Bəxtiyar 10 gün idi məşqlərə başlamışdı. İndiki zədəsinin nə dərəcədə ağır olduğunu dəqiq deyə bilmərik. Son durumu həkimlərin müayinəsindən sonra bilinəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah