"Səbail" Hagenin əvəzinə yeni qvatemalalı qapıçı tapdı

"Səbail"in qapıçısı Nikolas Hagen Kosta-Rikanın "Alahuelense" və "Deportivo Saprissa" klublarının transfer hədəfinə düşüb.

 

Newsport.az Qvatemala mətbuatına istinadla xəbər verir ki, 24 yaşlı əlcək sahibinin "dənizçilər"i tərk edəcəyi ehtimalı var.

 

Əvəzində isə "Səbail" başqa qvatemalalı qapıçı ala bilər. "Munisipial" klubunun qapıçısı Kenderson Navarro paytaxt klubuna keçə bilər. 19 yaşlı qolkiper Nikolas Hagen komandadan ayrılacağı təqdirdə, transfer ediləcək.

 

Nikolas Hagen 2020-ci ilin yayında "Səbail"ə keçib. O, bu mövsüm keçirdiyi 24 oyunda 32 top buraxıb, 6 görüşdə isə qapısını toxunulmaz saxlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right