"Əsas 3 xal idi, onu da qazandıq" - "Neftçi"nin məşqçisi

Premyer Liqanın XXV turun “Keşlə” – “Neftçi” (0:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın məşqçisi Vəfadar Quliyev jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Samir Abasov cəzalı olduğu üçün komandanı meydana çıxaran mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Çətin oyun olacağını bilirdik. Həmm meydança amilinə, həm də Ramazan ayında oruc tutan futbolçularımız olduğuna görə, çətinlik var idi. Çalışdıq, vacib qələbə qazandıq. Əsas 3 xal idi, bunu da əldə etdik. Qarşıdakı oyuna hazırlaşacağıq.

- Monrozun oynamaması nə ilə bağlıdı?
- Yusuf Lavaldan istədiyimizi alırıq. Bu baxımdan ola bilər. Bu o demək deyil ki, Monroz oynamayacaq. Ona da güvənirik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right