Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçirilib. "Neftçi" "Keşlə"nin qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.
Günün son qarşılaşmasında isə "Səbail" "Qəbələ"ni qəbul edib və minimal hesablı qələbə qazanıb - 1:0.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
3 may (bazar ertəsi)
20:15. “Səbail” –“Qəbələ” - 1:0
Qol: Amil Yunanov, 62
Qırmızı vərəqə: Merab Qiqauri, 52-iki sarı vərəqə ("Qəbələ")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
“ASCO Arena”
18:00. “Keşlə” – “Neftçi” - 0:3
Qollar: Tərlan Quliyev, 38-avtoqol, Keysuke Honda, 74, Emin Mahmudov, 90+2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“ASK Arena”