"Sumqayıt"dan Ukrayna klubuna

"Sumqayıt"ın futbolçusu Murad Xaçayev gələn mövsümdən karyerasını Ukraynada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi "Zarya" ilə razılığa gəlib.

Xaçayev 2018-ci ilin yayında Donetsk "Şaxtyor"undan "gənclik şəhəri" təmsilçisinə keçib. O, bu mövsüm keçirdiyi 23 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right