Elvin Camalovun 150-ci oyunu

“Zirə”nin futbolçusu Elvin Camalov Premyer Liqada 150-ci oyununu keçirib.
 
Newsport.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi 24-cü turda gerçəkləşib.
 
O, “Sumqayıt”la ev oyununda (0:0) sonradan meydana çıxıb.
 
Elvin Premyer Liqada iki klubun formasını geyinib. 2013/14 mövsümündə “Qəbələ”nin heyətində debüt edən futbolçu, 2019/20 mövsümündən “Zirə”nin uğurları üçün çalışır.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right