"Qarabağ"dan darmadağın, "Neftçi"dən xal itkisi Yenilənib

Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, bütün görüşlər eyni gündə oynanılıb.

"Qəbələ" doğma meydanda lider "Qarabağ"ı qəbul edib və 0:5 hesabı ilə uduzub.

"Səbail" səfərdə "Keşlə" ilə üz-üzə gəlib və 0:1 hesabı ilə məğlub olub. "Neftçi" "Sabah"ın qonağı olub. "Sabah" 8 nəfərlə qaldığı oyundan bir xalla ayrıla bilib - 2:2. Günün son qarşılaşmasında isə "Zirə" evdə "Sumqayıt"ı sınağa çəkib. Matç qolsuz bərabərliklə başa çatıb.

25 aprel (bazar)

 

20:00. “Zirə” – “Sumqayıt” - 0:0
Hakimlər:
 İnqilab Məmmədov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev
Zirə İdman Kompleksinin stadionu

17:00. “Qəbələ” – “Qarabağ” - 0:5
Qollar: 
Xayme Romero, 64, Qara Qarayev, 68, Mahir Emreli, 87, 89, 90+1
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Kamal Umudlu
Reallaşdırılmayan penalti: Mahir Emreli, 90+4 - "Qarabağ" (qapıçı penaltini dəf edib)
Qəbələ şəhər stadionu

18:00. “Keşlə” –“Səbail” - 1:0
Qol: 
Rəhman Hacıyev, 51
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
“ASK Arena”

19:15. “Sabah” – “Neftçi” - 2:2
Qollar: 
Təmkin Xəlilzadə, 24 (1:0), Ramil Şeydayev, 29 (2:0), Namik Ələsgərov, 36-pen (2:1), 60-pen (2:2) 
Qırmızı vərəqələr: Bəhlul Mustafazadə, 58-iki sarı vərəqə ("Sabah"), Filip İvanoviç, 86-iki sarı vərəqə ("Sabah"), Təmkin Xəlilzadə, 88-iki sarı vərəqə ("Sabah")
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Vüqar Bayramov, Kamranbəy Rəhimov
“Bank Respublika Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right