Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, hər iki matç eyni gündə oynanılıb. Günün ilk matçında “Keşlə” doğma meydanda “Zirə”ni qəbul edib. Üç qolun qeydə alındığı oyun qonaqların qələbəsiylə yekunlaşıb.
“Qarabağ” bu mərhələdə “Sumqayıt”la qarşılaşıb. Ağdam təmsilçisi ilk matçını səfərdə keçirib. “Qarabağ”da Şahruddin Məhəmmədəliyev, Filip Ozobiç və Mahir Emreli zədə səbəbindən sözügedən matçı buraxıb. Qarşılaşma isə qolsuz başa çatıb.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları aprelin 29-da keçiriləcək.
Azərbaycan kuboku, yarımfinal mərhələsi
21 aprel
18:30. “Keşlə” – “Zirə” - 1:2
Qol: Sadio Tounkara, 45+2 - Rodriqo Bonqonqui, 57, Nemanya Andelkoviç, 62
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli
ASK Arena
20:30. “Sumqayıt” – “Qarabağ” 0-0
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov
Kapital Bank Arena