Paşayevli “Aleksandriya” yenə uduzdu

Futbol üzrə Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə “Lvov”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.
 
“Aleksandriya” 22 turdan sonra 26 xalla 14 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah