“Qəbələ” “Sumqayıt”a uduzdu, “Qarabağ” xal itirdi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib. Lider "Qarabağ" səfərdə "Səbail"lə qarşılaşıb və 1:1 hesabı ilə bərabərə qalıb. Digər matçda isə "Sumqayıt" "Qəbələ"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

20:15. “Sumqayıt” –“Qəbələ” - 2:0
Qollar: 
Rahid Sadıxov, 66, Əli Qurbani, 75
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Nahid Əliyev, Kamranbəy Rəhimov
“Kapital Bank Arena”.

18:00. “Səbail” – “Qarabağ” - 1:1
Qollar: 
Amil Yunanov, 37-pen (1:0), Uroş Matiç, 42 (1:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov
"ASCO Arena”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right