Azərbaycanlı futbolçu Nurlan Novruzovun Nepalın "Maçxindira" klubuna keçidi rəsmiləşib.
Newsport.az "goalnepal"a istinadən xəbər verir ki, 28 yaşlı hücumçunun sözləşməsi 2 aylıq nəzərdə tutulub.
Xatırladaq ki, Novruzov Qol.az-a verdiyi açıqlamada mayın sonlarında Nepal çempionatında 1 aylıq fasilə yaranacağını və buna görə də uzunmüddətli müqavilə bağlamaq istəmədiyini bildirib.
Qeyd edək ki, 7 komandalı Nepal çempionatında yeni mövsüm aprelin 24-də başlayacaq.