Türkiyə 1-ci liqasında 30-cu turun oyunları davam edir.
Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi “Boluspor” bu turda doğma meydanda "Umraniyspor”la qarşılaşıb və 1:4 hesabı ilə uduzub.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
Hazırda 35 xalı olan “Boluspor” 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.