Qurban Qurbanov - 49!

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.

 

Newsport.az xəbər verir ki, 49 yaşı tamam olan mütəxəssis 2008-ci ildən “Qarabağ”ı çalışdırır. Bu müddət ərzində komanda onun rəhbərliyi ilə ardıcıl 7 dəfə Azərbaycan çempionu olub, həmçinin 4 dəfə ölkə kubokunu qazanıb.

 

Ağdamlılar Qurban Qurbanovun başçılığı ilə 6 dəfə Avropa liqasının qrup mərhələsində mübarizə aparıb. Bundan əlavə, “Qarabağ” 2017/2018 mövsümündə Azərbaycan futbol tarixində ilk dəfə çempionlar liqasının qrup mərhələsində çıxış edib.

 

 

Qurban Qurbanovu təbrik edir, ona uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayırıq!





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah