"Sumqayıt"ın futbolçusu 100-cü matçına çıxdı

“Sumqayıt”ın futbolçusu Xəyal Nəcəfov Premyer Liqada 100-cü oyununu keçirib.

Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, komandanın XXII turda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olduğu görüşə təsadüf edib.

O, ölkə çempionatında yalnız bir klubun şərəfini qoruyub. Debütü 2014/2015 mövsümünə təsadüf edən Nəcəfov 100 çempionat matçını “Sumqayıt”da keçirib.

Son toplanışlarda Azərbaycan millisinə dəvət alan yarımmüdafiəçi klub tarixinə Premyer Liqada 100 və daha çox matça çıxan 4-cü oyunçu kimi düşüb. Nəcəfova qədər Vurğun Hüseynov (178), Bəxtiyar Həsənalızadə (158) və Slavik Alxasov (126) buna nail olub.

Qeyd edək ki, Xəyal Nəcəfov 100 matçda 2 qol vurub. O, Azərbaycan millisinə də dəvət olunur.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah