“Qələbə qazanmaq istəyirdik” –Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

Son turlarda yaxşı oyun nümayiş etdirən komandaya qarşı oynadıq. Sürətli hücuma çıxdıqlarını bilirdik. Uzun müddət qələbə qazanmasalar da, təhlükəli komanda olduqlarını görürük. Qələbə qazanmaq istəyirdik, bəzi məqamlarda son zərbələr uğursuz oldu. Bir xal qazandıq. İrəliyə baxacağıq. “Keşlə” ilə kubokda da iki oyunumuz var. Bizi gərgin oyunlar gözləyir.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah