"Sabah"ın futbolçusu koronavirusa yoluxdu

Premyer Liqanın XXII turunda "Səbail"lə qarşılaşacaq "Sabah"ın kollektivi koronavirus testindən keçib.

Newsport.az-ın məlumatına görə, komandanın hücumçusu Amadu Diallonun COVİD-19 testi pozitiv çıxıb.

Bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. 26 yaşlı fransalı futbolçu karantinə alınıb.

Bu gün keçiriləcək “Sabah” – “Səbail” matçına saat 18:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right