AFFA “Qəbələ”nin şikayətini təmin etmədi

AFFA Apellyasiya Arbitraj Tribunalı “Qəbələ” klubunun şikayətinə baxıb.
 
Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Qəbələ təmsilçisinin şikayəti təmin edilməyib.
 
AFFA İntizam Komitəsinin 16.03.2021-ci ildə qəbul etdiyi qərarla 14.03.2021-ci ildə Premyer Liqanın 20-ci turunun “Qəbələ” – “Zirə” oyununun (1:1) 29-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Merab Giqaurini “aqresiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılmış, klubu isə 2400 manat cərimələnmişdi.
 
“Qəbələ” klubu qərara etiraz etsə də, şikayəti təmin edilməyib.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right