“Neftçi” legionerini yola salır

Mövsümün sonunda “Neftçi”ni tərk edəcək futbolçulardan bəziləri məlumdu. Newsport.az xəbər verir ki, klub rəhbərliyi bolqarıstanlı legioner Ahmed Ahmedovun çıxışından narazıdır. 

Fevralda Bolqarıstanın ÇSKA (Sofiya) klubundan icarəyə götürülən Ahmedov özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə, “ağ-qaralar”la yeni anlaşmaya imza atacağı bildirilirdi. Amma baş məşqçi Samir Abasov özünü doğrulda bilməyən legionerlə yolların ayrılmasını istəyir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right