“Kəpəz” “Zaqatala”ya, “Qarabağ” “Neftçi”yə uduzdu Yenilənib

Bu gün Azərbaycan 1-ci Divizionunda 20-ci turun son oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə 3 matç oynanılıb. Əvvəlcə “Kəpəz” dogma meydanda “Zaqatala”nı qəbul edib. Gəncə təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzub.

 

“Sumqayıt-2” evdə “Qaradağ Lökbatan”ı sınağa çəkib. “Gənclik şəhəri” klubu 3:1 hesablı qələbə qazanıb.

Turun qapanış matçında isə “Neftçi-2” səfərdə “Qarabağ-2” ilə qarşılaşıb. Paytaxt təmsilçisi Ağdam klubunu 1 cavabsız qolla məğlub edib.

8 aprel (cümə axşamı)

“Qarabağ-2” - “Neftçi-2” - 0:1
Qol:
 Nihad Qurbanlı, 74

“Sumqayıt-2” - “Qaradağ Lökbatan” - 3–1
Qollar: Cəlal Cəbrayılov, 51, 63; Tahir Zeynalov, 90+2 -  Kamil Hüseynov, 30

“Kəpəz” -  “Zaqatala” - 1–2
Qollar: Tural Qürbətov, 81 - Roini İsmayılov, 54; Bəhruz Teymurov, 60





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right