"Sabah"ın futbolçusu üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının XXI turunda baş tutmuş “Sabah” – “Qəbələ” oyunu meydan sahiblərinin müdafiəçisi Filip İvanoviç üçün əlamətdar olub.

 

Newsport.az xəbər verir ki, serbiyalı futbolçu “Sabah”ın heyətində Premyer Liqada yubiley – 50-ci oyununu keçirib.

 

Filip bu göstəricidə yalnız həmyerlisi Saşa Stamenkoviçdən geri qalır. Serbiyalı qolkiper “Sabah”ın heyətində Premyer Liqada ən çox oyun keçirən futbolçudu (55 oyun).

 

“Sabah” – “Qəbələ” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right