Türkiyə millisinin və "Feyenoord"u futbolçusu Orkun Kökcü Niderland yüksək Liqasında 21 yaşadək futbolçular arasında mart ayının ən yaxşı oyunçusu seçilib.
Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
20 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən ay 3 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib. O, ümumilikdə bu mövsüm "Feyenoord" forması ilə çıxdığı 24 matçda 2 qol vurub və eyni sayda qolun ötürməsini verib.
Qeyd edək ki, Orkun Kökçü Azərbaycanın U-21 millisinin üzvü Ozan Can Kökcünün qardaşıdır.