"Zirə"nin 3 futbolçusu koronavirusa yoluxub.
Bu barədə klubun mətbuat katibi Elmar Abdullazadə məlumat verib. O, Riçard Almeyda, Fakundo Melivilo və komandanın gənc oyunçusu Vüsal Əliyevin koronavirus testinin müsbət çıxdığını bildirib. Klub rəsmisi sözügedən futbolçuların xəstəliyi simptomsuz keçirdiyini və onların özünü yaxşı hiss etdiyini deyib.
E.Abdullazadə bundan əvvəl 4 futbolçuda koronavirus aşkarlandığını və onların artıq sağaldığını da söyləyib: "Qəbələ" ilə səfər oyunundan əvvəl Elvin Camalav koronavirusa yoluxdu. Bu səbəbdən də matçı buraxdı. Hacıağa Hacılıda isə şübhələr var idi. Komanda Bakıya qayıtdıqdan sonra Hacıağa Hacılı, İlkin Muradov, Ağabala Ramazanovun testləri müsbət çıxdı. Onlar sağalıb sıraya qayıtdıqdan sonra Riçard Almeyda Fakunda, Vüsal Əliyev koronavirusa yoluxdu. Sevindriic haldır ki, həm aktiv xəstələr, həm də sağalanlar koronavirusu simptomsuz keçiriblər".