“Azərbaycanda Byazidən daha böyük dəyişiklik gözləyirdilər”

“Sabah”ın serbiyalı futbolçusu Filip İvanoviç ölkəsinin mətbuatına müsahibə verib. Newsport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Serbiya - Azərbaycan matçı ilə bağlı fikirlərini bölüşüb:
 
“Sabah”dakı komanda yoldaşlarımdan Coşqun Diniyev və təhlükəli hücumçu Ramil Şaydayev ön plandadır. Əminəm ki, Ramil bizə böyük problem yaradacaq. Seçimə mərhələnin ən yaxşı bombardiridir, çevik və hissiyyatlı hücumçudur.
 
Xüsusi diqqət yetirməli olduğumuz iki amil var. Birincisi, son günlər Bakıda azalsa da, güclü küləyin olmasıdır. İkincisi, vaxt fərqidir. Amma inanıram ki, iki gün əvvələ nisbətən saat fərqi üç saatdan iki saata endirildiyi üçün futbolçularımız artıq öyrəşiblər”.
 
İvanoviç yığmamızın çıxışından da söz açıb: “Nəticələrə baxsanız, onlar aşkar autsayderdirlər, amma tam da belə deyil. Son 11 matçda yalnız Kipr üzərində bir qələbələri var. Altı dəfə məğlub olublar və yalnız 3 qol vurmaqla bir qələbə qazanıblar. Etiraf etmək lazımdır ki, bəzi matçlarda bəxt yanlarında deyildi. Dörd heç-heçənin hamısı 0:0 nəticələnib. Komandaya italiyalı Canni de Byazi rəhbərlik edir, onu Albaniya yığmasında işlədiyi dövrdən tanıyırıq. Ondan daha böyük bir dəyişiklik gözləyirdilər. Bu postda əcnəbiləri sevirlər. Haciyevski, Prosineçki, Yurçeviç və uzun müddət əvvəl alman Foqts var idi”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right