“Azərbaycana tarixi məğlubiyyəti yaxşı xatırlayıram. Həmin oyunda meydana əvəzetmədən daxil olmuşdum. Podqoritsada 2:2 hesabı ilə başa çatan görüşdə isə olmamışam. Həmin vaxt Azərbaycan ciddi bir komandaya çevrilmişdi”.
Newsport.,az xəbər verir ki, bunu “Srvena Zvezda”nın sabiq futbolçusu Nenad Kovaçeviç deyib.
Bu gün DÇ-2022-nin seçmə mərhələ görüşləri keçiriləcək. Serbiya yığması Bakı Olimpiya Stadionunda Azərbaycan millisinin qonağı olacaq.
Bu qarşılaşmadan bəhs edən Kovaçeviç 2003-ci ildə iki yığma arasında baş tutmuş (Bakıda 2:1, Podqoritsada 2:2) görüşləri də yada salıb: “Bakıdakı məğlubiyyətdən sonra baş məşqçimizin istefa verdiyini yaxşı xatırlayıram. Biz o vaxt Azərbaycanı dəyərləndirmədik. Sonda Azərbaycan üzərində 6:1 və 1:0 hesablı qələbə qazananda həmin görüşlər yenə yadıma düşür. Azərbaycan çox yöndəmsiz komanda idi. Mən Azərbaycanda, “Bakı” klubunda oynamışam. Çox güclü çempionatları olduğunu deyə bilərəm. Futbolda davamlı irəliləyirlər. Vaxtilə Robert Prosineçki də Azərbaycan yığmasında çalışıb. Deməli, onlar xaricilərdən öyrənməyə çalışırlar. Portuqaliya Azərbaycanı 1:0 hesabı ilə məğlub etdi. Bu da o deməkdi ki, Azərbaycanla zarafat etməyin, bu, xəbərdarlıqdı!”
2011/12 mövsümündə Azərbaycan çempionatında “Bakı” klubunun müdafiəçisi olmuş Nenad bildirib ki, Serbiya oyuna çox ciddi yanaşmalıdı: “Rəqib sanki Almaniyadı. Heç bir rəqibi qiymətləndirməmək olmaz. Baş məşqçinin buna imkan verməyəcəyinə inanıram, amma yenə də xəbərdarlıq etmək istəyirəm. Lüksemburqun İrlandiyanı məğlub etməsi kifayət qədər xəbərdarlıq olmalıdır. Artıq San-Marino kimi əvvəlcədən məğlub olduğu deyilən milli komandalar yoxdu. Futbol getdikcə çılğınlaşır və əvvəlcədən qazanılan oyunlar qalmayıb”.