Filip Curiçiç: "Azərbaycan millisinə məğlubiyyət faciə olmayacaq"

DÇ-2022-nin seçmə mərhələsində sabah keçiriləcək Azərbaycan – Serbiya oyunu öncəsi mətbuat konfransında qonaq komandanın futbolçusu Filip Curiçiç jurnalistlərin suallarını cavablandırıb.

- Yəqin ki, Azərbaycan millisinin Portuqaliyaya qarşı oyununu izləmisiz. Ehtiyatlandığınız məqamlar hansıdı?
- Əlbəttə, bu matçı izləmişik. Azərbaycan millisi çox planlı komandadı. Baş məşqçini də tanıyıram. Onun fəlsəfəsində hər bir mövqeyi bloklamaq xüsusi yer tutur. Sabah əsas öz oyunumuza köklənəcəyik. Ümid edirəm ki, 3 xalı aparacağıq.

- Qələbə qazanmaq istədiyinizi dediz. Bu, alınmasa, sizin üçün faciə sayılacaq, yoxsa sadəcə, böyük itki olacaq?
- Baş məşqçinin də dediyi kimi, futbolda faciə anlayışını qəbul etmirəm. Qalib gəlməyə köklənmişik. Məğlub olsaq da, faciə olmayacaq. Növbəti oyunlara köklənəcəyik.

- Serbiya millisinin Bakıya arxayın gəldiyi ilə bağlı açıqlamalar var. Komandada rahatlıq hiss olunurmu?
- Bizdə əminlik var. Baş məşqçimiz yenidi. Ancaq düşüncə dəyişiklikləri baş verib. Biz əlimizdən gələnin ən yaxşısını etməyi yox, qələbəni düşünərək meydana çıxırıq. Portuqaliya ilə matçdan sonra əminliyimiz daha da artıb.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right