“İbrahimoviçlə heç vaxt görüşməmişəm, amma bunu çox istərdim”

“Milan”dan zəng gələndə bir saniyə belə çəkinmədim. Bir neçə il əvvəl "Latsio"ya keçməyə yaxın idim, lakin Rusiya MOİK-i bu təklifi rədd etdi".

Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Keysuke Honda "La Gazzetta dello Sport"a müsahibəsində deyib.

"Milan"a keçidi barədə danışan Yaponiya millisinin sabiq üzvü o dövrdə İtaliya klubunda vəziyyətin yaxşı olmadığını bildirib: "Milan"ın ən yaxşı futbolçuları almaq üçün pulu yox idi. Strategiya aydın deyildi, çünki 3 aydan bir yeni baş məşqçi gəlirdi. Belə vəziyyətdə nəticələr qazanmaq mümkün deyil".

Honda "Milan"ın isveçli hücumçusu Zlatan İbrahimoviçlə görüşmək istədiyini deyib: “İbrahimoviçlə heç vaxt görüşməmişəm, amma bunu çox istərdim. Onun böyük bir futbolçu olduğunu düşünürəm və onun haqda daha çox şey bilmək istərdim. Hələ də “Milan”ı izləyirəm. Ümid edirəm ki, skudettonu qazanarlar”.

Qeyd edək ki, Honda 2014-2017-ci illər aralığında “Milan”da çıxış edib. Yaponiyalı yarımmüdafiəçi “Neftçi” ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right