Qətər millisinin baş məşqçisi Feliks Sançez Azərbaycan yığması ilə yoxlama oyunu barədə fikirlərini bildirib.
Newsport.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matç barədə bunları deyib:
"Bütün futbolçularımı təbrik edirəm. Hər kəs çalışdı, döyüşdü, yaxşı futbol sərgilədi. Xarakter göstərə bilən oyunçulara malik olduğum üçün sevinirəm. 3 gündən bir oyunlarda bu çox önəmlidir. Bütün oyun boyu dominantlıq eləmək olmaz. Oyuna pis başladıq, topu itirirdik, buna görə də müdafiədə oynamağa məcbur idik. Amma bu oyunun bir parçasıdır. 25-ci dəqiqədən sonra isədiyimiz kimi oynamağa, qol vəziyyətləri yaratmağa başladıq. Qol vurmağa layiq idik və ikinci hissədə də yaxşı oynaraq istəyimizə nail olduq. Çox çətin oyunda geri dönüş etməyi bacardıq".