"Bizdən Azərbaycanla oyundan fərqli nəticə gözləyirdilər"

Portuqaliya millisnin və "Mançester Siti"nin futbolçusu Bernardu Silva DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda  Azərbaycana qalib gəldikləri oyundan (1:0) danışıb.

Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu gün Serbiyaya qarşı keçirəcəkləri görüşdən öncə təşkil edilən mətbuat konfransında deyib:

"Azərbaycanla matçda vacib qələbə qazandıq. İndi isə Serbiya ilə üz-üzə gələcəyik. Rəqib fiziki cəhətdən güclü komandadır. Hamı  Azərbaycanla oyunda bizdən fərqli nəticə gözləyirdi. Amma əsas olan qələbə qazanmaqdır. Həmin matçda qapıya kifayət qədər zərbə vurduq. Amma rəqibə 1:0 hesabı ilə qalib gəldik".

Qeyd edək ki, Serbiya - Portuqaliya oyunu bu gün Bakı vaxtı ilə 23:45-də başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right